
Bakı. Trend:
Yaxın gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və
Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin köçürülməsi
və ərazidə park salınması nəzərdə tutulur.
Bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyətinin
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov
bildirib.
O bildirib ki, bununla əlaqədar müvafiq qurumların nümayəndələri
sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.





























