
Bakı. Tend:
Hərbi qulluqçumuzun mina partlayışı nəticəsində xəsarət alması
faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, aprelin 29-da
Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas
xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması
nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov
Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı
Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.





























