Advertisement

Ceyhun Bayramov Qətərə getdi – Trend.Az

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə
işgüzar səfərə yola düşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.

Səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində
keçiriləcək Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan
Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında
iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli
görüşlərinin keçirilməsi nəzərdə tutulub.