Advertisement

Avropa Yenidənqurma və İnkişaf Bankı və “Xəzər Dəniz Gəmiçiliyi” Kredit Sazişi imzaladı (FOTO)

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC arasında Kredit Sazişi imzalanıb.

Trend xəbər verir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov
“X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə ölkəmizin
uğurlu əməkdaşlığı çərçivəsində AYİB və “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC arasında Kredit Sazişi imzalandı.

Sənədin icrası regional kommunikasiyaların və ticarət
əlaqələrinin gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının
artırılmasına və marşrut istiqamətlərini şaxələndirməklə
rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr verəcək”, – nazir
qeyd edib.