Advertisement

Hidroenerji sferası Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna müraciətlər arasında üstünlük təşkil edir – Həmsədr

Bişkek. Trend:

Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna ünvanlanmış müraciətlərin
böyük hissəsi kiçik hidroenerji sahəsinə aiddir.

Trend xəbər
verir ki, bu barədə qırğız KİV-ə fondun İdarə Heyətinin həmsədri
Almaz Mambetov deyib.

“Fonda göndərilən müraciətlərdə hidroenerjinin payı 29 faiz,
infrastruktur layihələr isə 22 faiz təşkil edir. Emal sənayesi 17,
aqrar sənaye 13, turizm isə 10 faiz təşkil edir”, – o deyib.

İdarə heyətinin həmsədrinin sözlərinə görə, fondun yaradılması
elan olunan dövrdən çox sayda müraciət daxil olub. Bugünədək 42
şirkətdən 42 müraciət daxil olub. Müraciətlərin ümumi məbləği 160
milyon ABŞ dollarından çoxdur. Fond sahibkarlarda və iş adamlarında
böyük maraq doğurur.

“Bu, artıq Qırğızıstanda 4-cü inkişaf fondudur. Əvvəlcə,
Qırğızıstan-Rusiya, sonra isə Qırğızıstan-Özbəkistan və
Qırğızıstan-Macarıstan fondu yaradıldı. Azərbaycan-Qırğızıstan
fondundan sonra Qırğızıstan-BƏƏ fondu yaradıldı”, – o deyib.

Qeyd edək ki, 11 oktyabr 2022-ci il tarixində
Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə saziş
imzalandı. İlkin olaraq inkişaf fondunun nizamnamə filialı 25
milyon ABŞ dolları olub. 2024-cü ilin aprel ayında bu məbləğ 100
milyon dollara qədər artırılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun