
Bakı. Trend:
Ukraynanın dövlət borcu 31 mart 2024-cü il tarixinə 151,05
milyard dollar olub.
Trend xəbər
verir ki, bu barədə Ukrayna KİV Maliyyə Nazirliyinə istinadən
məlumat yayıb.
Bildirilib ki, bu Ukraynanın dövlət borcunun ay ərzində 7,36
milyard dollar artdığı anlamına gəlir.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Ukrayna bir müddətlik
fasilədən sonra uzunmüddətli kreditlər şəklində ayrılan beynəlxalq
yardımlar almağa başlayıb.
Bu kreditlərin 4,901 milyard dolları “Ukraine Facility”
maliyyələşdirmə vasitəsi çərçivəsində Aİ tərəfindən, 1,626 milyard
dollar Yaponiya və Böyük Britaniyanın təminatı ilə Dünya Bankı
tərəfindən, 1,471 milyard dollar Kanada tərəfindən və 881 milyon
dollar Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən ayrılıb.





























