Advertisement

Avropa Komissiyasının yüksək rütbəli diplomatı Cənubi Qafqaza səfər edəcək

Bakı. Trend:

Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə
baş direktoru Gert Yan Kupman 30 aprel – 4 may tarixlərində Cənubi
Qafqaza səfər edəcək.

Trend xəbər
verir ki, bu barədə erməni KİV Avropa İttifaqının ölkədəki
nümayəndəliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Kupman ikitərəfli və regional əməkdaşlıq, eləcə
də yeni təşəbbüslərin irəli sürülməsi ilə əlaqədar məsələləri
müzakirə etmək üçün regiona səfər edəcək

Ai rəsmisinin Azərbaycana səfəri 3-4 may tarixlərinə
planlaşdırılır.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun