
Bakı. Trend:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanmış 2024-cü il
üçün birgə tədbirlər planına uyğun olaraq, aparatın nümayəndələri
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olublar.
Bu barədə Trend-ə Müdafiə
Nazirliyindən bildirilib.
Qonaqlar hospitalın müasir tibbi avadanlıqlarla təchiz olunan
şöbələrində yaradılan şəraitlə yaxından tanış olub, burada müalicə
alan hərbi qulluqçuların sağlamlıq durumları, o cümlədən tibb
xidmətinin təşkili və təminatla maraqlanıblar.
Nümayəndə heyətinə tibbi personalın gündəlik iş fəaliyyəti ilə
bağlı ətraflı məlumat verilib.
Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsini və
müalicə işinin təşkilini yüksək qiymətləndiriblər.





























