
Bakı. Trend:
Bakının bir sıra yollarında sıxlıq yaranıb.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq
prospekti ilə kəsişməyə qədər;
2. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından
Azneft dairəsi istiqamətində;
3. Tbilisi prospekti, hər iki istiqamətdə;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə
Qorqud” parkı istiqamətində;
6. Heydər Əliyev prospekti, əsas və köməkçi yol, mərkəz
istiqamətində;
7. Ziya Bünyadov prospekti, hər iki istiqamətdə sıxlıq müşahidə
olunur.





























