Advertisement

Peruda avtobus uçuruma düşüb, ölənlər var

Bakı. Trend:

Peruda şəhərlərarası avtobusun uçuruma düşməsi nəticəsində 23
nəfər həlak olub.

Trend xəbər verir ki, hadisə Lukum bölgəsində baş verib.

Qəza nəticəsində 9 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlər
xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.