
Bakı. Trend:
Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla
Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə
məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki
regional qrupundan bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov
saxlanılıb.
Araşdırma aparılır.

























