
Bakı. Trend:
Futbol üzrə Özbəkistan yığması Paris-2024 Yay Olimpiya
Oyunlarına vəsiqə qazanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, komanda bu uğura 23 yaşadək futbolçular
arasında keçirilən Asiya kubokunda nail olub.
Reqlamentə görə, turnirdə ilk 3 yeri tutan yığmalar Olimpiadaya
vəsiqə qazanacaqlar. Yarımfinalda İndoneziyaya 2:0 hesabı ilə qalib
gələn Özbəkistan finala yüksəlməklə Oyunlara lisenziya əldə
edib.
Qeyd edək ki, özbəklər mayın 5-də Asiya kubokunun finalında
Yaponiya – İraq cütünün qalibi ilə qarşılaşacaqlar.





























