
Bakı. Trend:
Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib ki,
Ukraynadakı müharibə dünyada, o cümlədən Avropa İttifaqı və NATO
ölkələrində təhlükəsizlik sahəsində vəziyyətin tamamilə dəyişməsinə
səbəb olub.
Trend xəbər verir ki, Fezer Ukraynadakı müharibə ilə əlaqədar
mülki müdafiəyə xərclərin artırılmasına çağırıb.
“Biz yaxşı xəbərdarlıq sistemlərinə, müasir helikopterlərə və
digər avadanlıqlara daha ciddi investisiyalar qoymalı olacağıq”, –
Fezer deyib.





























