
Bakı. Trend:
Qazandığım medala görə çox xoşbəxtəm.
Trend xəbər
verir ki, bu sözləri İtaliyanın Rimini şəhərində keçirilən Avropa
çempionatında gümüş medal qazanan Azərbaycan gimnastı Nikita
Simonov jurnalistlərə açıqlamasında deyib.
O, yarışın kifayət qədər çətin keçdiyini bildirib: “Aprelin
20-də Qətərin paytaxtı Dohada keçirilən yarışdan sonra Avropa
çempionatına hazırlaşdıq. Düzdür, çətin olsa da, biz bu cür
situasiyalara öyrəşmişik”.
Tarixi nəticə qazanan gimnast bundan sonra iştirak edəcəyi
yarışlarda daha böyük uğurlar qazanmaq üçün əlindən gələni
edəcəyini söyləyib.
N. Simonov bu nəticə ilə Azərbaycanın kişi idman gimnastikası
tarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibi
olub.
Qeyd edək ki, aprelin 24-28-də Rimini şəhərində kişilər arasında
idman gimnastikası üzrə Avropa çempionatı keçirilib.





























