Advertisement

Qeydiyyat nişansız maşın sürən, 1678 manat cərimə borcu olan şəxs saxlanıldı

Bakı. Trend:

“Khazar” markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobili
nömrə nişanları olmadan idarə etdiyi üçün Əlimusa İsmayılov DİN-in
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən
saxlanılıb. Yoxlama zamanı onun avtomobili hüquqsuz idarə etməsi,
habelə saxlanılan avtomobilin üzərində əvvəllər törədilmiş yol
hərəkəti qayda pozuntularına görə 1678 manat məbləğində ödənilməmiş
cərimə borcunun olması aşkar edilib.

Trend xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi
İdarəsinin məlumatında deyilir.

“Bununla yanaşı, təəssüf hissi ilə qeyd edilməlidir ki,
sürücülük hüququ olmayan Əlimusa İsmayılov 5 ay bundan əvvəl bir
nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi
törətdiyi üçün barəsində görülən qanunamüvafiq tədbirlərdən düzgün
nəticə çıxarmayıb, eyni əməllərə yol verməklə özünün və digər
hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmaqdan
çəkinməyib.

Bir daha bütün yol hərəkəti iştirakçılarından yol hərəkəti
qaydalarına ciddi riayət etmələrini xahiş edir, insanların həyat və
sağlamlıqlarını təhlükəyə atacaq əməllərdən çəkinməyi onların
diqqətlərini çatdırırıq”, – deyə məlumatda bildirilib.