Advertisement

Parisdə IEA-COP29 formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək

Bakı. Trend:

Parisdə mayın 15-də Beynəlxalq Enerji Agentliyi (IEA) – COP29
formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək.

Trend xəbər
verir ki, bu barədə IEA-nın icraçı direktoru Fatih Birol COP29
prezidenti Muxtar Babayevlə görüşündən sonra “X” platformasında
yazıb.

“Mayın 15-də Parisdə “IEA-COP29″ formatında yüksək səviyyəli ilk
dialoqumuzu keçirməyi səbirsizliklə gözləyirəm”, – deyə IEA-nın
icraçı direktoru yazıb

F.Birol, həmçinin, IEA-nın ölkələrə yeni milli töhfələrlə bağlı,
eləcə də, bu il Bakıda keçiriləcək COP29-un uğurlu nəticələrinin
təmin olunmasında dəstəyini təsdiq edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun