
Bakı. Trend:
Azərbaycan müsəlman dünyasında yəhudi icmasının, eləcə də,
dinamik xristian icmalarının ən böyük evidir.
Trend xəbər
verir ki, bu barədə ABŞ Ali hərbi-dəniz donanma məktəbinin
müəllimi, xarici siyasət üzrə mütəxəssis Brenda Şaffer “X”
platformasında yazıb.
“Buna baxmayaraq, Azərbaycan İranla əlaqəli olan radikal
islamçıların bu ölkədən maliyyə vəsaiti əldə etmələrinə və
məscidlərdə fəaliyyət göstərmələrinə icazə vermədiyindən, ABŞ-nin
Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) onu dini azadlığa
nəzarət siyahısına daxil edib”, – deyə ekspert əlavə edib.





























