Advertisement

1-ci sinfə nə qədər uşaq yerləşdirilib? – RƏSMİ

Bakı. Trend:

30 aprel 2024-cü il tarixində Azərbaycan bölməsi üzrə ümumi
təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82
minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bununla bağlı valideynlərə SMS bildirişləri
göndərilib.

Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər
1 may 2024-cü il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı
vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini
çap edib məktəbə təqdim edə bilərlər.