Advertisement

Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

Bakı. Trend:

Azercell-in dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlaşan
məktəblilər daha 10 medal qazanıblar.

16-21 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Şumen
şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib.
Sözügedən müsabiqədə “Azercell Telekom” MMC-nin Elm və Təhsil
Nazirliyinin tərəfdaşlığı çərçivəsində İnformatika üzrə beynəlxalq
olimpiadalara hazırlaşan məktəblilərimiz uğurlu nəticələr əldə
ediblər. Onlayn fortmatda yarışa qatılan şagirdlər yuxarı yaş qrupu
üzrə 5 gümüş, aşağı yaş qrupu üzrə 5 bürünc medal olmaqla
ümumilikdə 10 medal qazanıblar.

Hazırlıq prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu
tərəfindən keçirilir. Hər tədris ilinin əvvəlində Beynəlxalq
Olimpiadalara hazırlaşan şagirdlərin seçimi milli olimpiada və
müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər arasında təşkil
olunur.

Qeyd edək ki, 2017-ci ildən etibarən “Azercell Telekom”un Elm və
Təhsil Nazirliyinin əməkdaşlığı müddətində məktəblilərimiz müxtəlif
beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edib,
əldə etdikləri medal sayını 4 qızıl, 21 gümüş və 45 bürünc olmaqla
ümumilikdə 70-dək artırıblar.