
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində
Kaspi Ağ Şəhər liseyində tədbir keçirilib.
Trend-in
məlumatına görə, tədbirdə Mərkəzin direktoru professor Sevinc
Əliyeva və əməkdaşları, həmçinin liseyin direktoru Rəqsanə
Məmmədova və müəllim-şagird heyəti iştirak ediblər.
Çıxış edənlər – Rəqsanə Məmmədova və Sevinc Əliyeva Azərbaycan
dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi,
Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin
inkişafından bəhs etmiş, mövcud problemlərin həlli istiqamətində
tövsiyə və təklifləri tədbir iştirakçılarının nəzərinə
çatdırıb.
Aparıcı mütəxəssis Türkanə İsrafilli tərəfindən keçirilmiş
interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif
hədiyyələrlə mükafatlandırılıb.





























