
Bakı. Trend:
Fransada məhbusların sayı ölkə üçün tarixi rekord həddə
çatıb.
Trend xəbər verir ki, bu
barədə “Le Figaro” nəşri ölkənin Ədliyyə Nazirliyinin yaydığı
hesabata istinadən məlumat yayıb.
Məlumata görə, bu il aprelin 1-nə ölkədə məhkumların sayı 77,4
min nəfərə çatıb. Bu, ötən illə müqayisədə 4,3 min nəfər
çoxdur.
“Aprelin 1-nə Fransa həbsxanalarında cəmi 61,5 min çarpayı var
idi”, – məqalədə vurğulanıb.





























