
Bakı. Trend:
İsrail tərəfindən Rəfahda hərbi əməliyyat həyata keçirilərsə,
bu, Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası və bütün
region üçün ciddi nəticələrə səbəb olacaq.
Trend-in
məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş
deyib.
“Rəfahda hərbi əməliyyat minlərlə dinc sakinin ölümünə və yüz
minlərlə insanın qaçqın düşməsinə səbəb olan dözülməz eskalasiya
olardı. Bunun Qəzzadakı fələstinlilərə təsiri dağıdıcı olacaq. Mən
İsrail üzərində təsiri olan hər kəsi bunun qarşısını almaq üçün
mümkün olan hər şeyi etməyə çağırıram”, – deyə Baş katib qeyd
edib.





























