
Bakı. Trend:
Pakistan Dövlət Bankı (SBP) bu gün Beynəlxalq Valyuta Fondundan
(BVF) 1,1 milyard dollar məbləğində üç tranşın sonuncunun
alındığını təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə “The Express Tribune” qəzeti Banka
istinadən bildirib.
Məlumata əsasən, aprelin 29-da BVF-nin İcraiyyə Şurası
Pakistanın fondla 3 milyard dollarlıq ehtiyat sazişinin şərtlərinə
uyğunluğunun ikinci və yekun yoxlanışından sonra qalan vəsaitin
ayrılmasını təsdiqləyib.
Qeyd olunub, İslamabad artıq fondla yeni ortamüddətli müqavilədə
maraqlı olduğunu bildirib və bu müqavilə çərçivəasində maliyyə
sisteminin qalan çatışmazlıqlarını aradan qaldırmaq və milli
iqtisadiyyatın xarici amillərə qarşı dayanıqlığını artırmaq üçün
vəsait alacağına ümid edir.



























