Bakı. Trend:
Bu il Norveç hökuməti Ukraynaya krallığın büdcəsindən 7 milyard
kron (indiki məzənnə ilə 632 milyon dollar) dəyərində əlavə yardım
göndərəcək.
Trend-in
məlumatına görə, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe
deyib.
Baş nazir vurğulayıb ki, ayrılan məbləğdən 6 milyard kron (540
milyon dollar) ölkəyə hərbi yardım göstərmək üçün nəzərdə tutulub.
Pulun qalan hissəsi humanitar və vətəndaş proqramlarının
maliyyələşdirilməsinə yönəldiləcək.





























