Advertisement

Rumıniyada NATO-nun təlimi keçiriləcək – Trend.Az

Bakı. Trend:

Rumıniyada mayın 5-dən 24-dək NATO-nun “Swift Response 24”
hava-desant təlimi keçiriləcək.

Trend-in
məlumatına görə, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat
xidməti məlumat yayıb.

Ümumilikdə manevrlərə NATO-nun 7 ölkəsindən və onların
tərəfdaşlarından 5 min hərbi qulluqçu və 320 hərbi texnika cəlb
olunacaq.

“Təlim çərçivəsində Almaniya, İspaniya, Niderland, Rumıniya, ABŞ
və Fransadan 2 minə yaxın paraşütçünün iştirakı ilə İkinci Dünya
müharibəsindən sonra Avropanın ən böyük hava-desant
əməliyyatlarından biri həyata keçiriləcək”, – məlumatda
bildirilib.