
Bakı. Trend:
Ukrayna Xarici İşlər Nazirliyi 1991-ci il Alma-Ata Bəyannaməsi
əsasında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin
delimitasiyası haqqında sazişi alqışlayır.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər
Nazirliyinin bəyanatında bildirilib.
Nazirlik vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında
sərhədin suverenlik və ərazi bütövlüyünə hörmət əsasında
delimitasiyası “ölkələr arasında münasibətlərin normallaşması,
regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün zəruri
şərtdir”.
Nazirlik bildirib ki, Baltikyanı ölkələr, Qara dəniz regionu,
Cənubi Qafqaz və Mərkəzi Asiya üçün təhlükələr qarşısında
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası
ilə bağlı razılığın əldə edilməsi sabitliyin əlavə və mühüm
amilidir.





























