Bakı. Trend:
Sakit okeanda Rusiya Saxalin vilayətindin Cənubi Kuril adaları
yaxınlığında 3,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Birləşmiş Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.
Məlumata əsasən, zəlzələnin episentri Malokurilskoye kəndindən
(Şikotan adası) 17 km cənubda olub. Yeraltı təkanların ocağı 42 km
dərinlikdə yerləşib.
Bildirilib ki, Malokurilskdə seysmik hadisə iki-üç bal gücündə
hiss olunub. Sunami xəbərdarlığı elan edilməyib, heç kim xəsarət
almayıb və dağıntı olmayıb.




























