
Bakı. Trend:
Mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil
müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesinə
başlanılır.
Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən məlumat verilib.
Qeyd edək ki, uşaqların birinci sinfə elektron qəbulu ölkənin
bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir
və proses www.mektebeqebul.edu.az elektron portalı
vasitəsilə aparılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim
seçimi mayın 3-dən sentyabrın 13-dək aparılacaq. Mayın 3-dən 17-dək
tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə
qeydiyyat, mayın 7-dən 30-dək müsahibə mərhələsi keçiriləcək.
Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim
seçimi aparılacaq. 1-ci sinfə elektron qəbul prosesində
valideynlərə kömək məqsədilə ölkə üzrə ümumilikdə 326 Alternativ
Qeydiyyat Mərkəzi yaradılıb.
Bu il Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq
qrupundan avtomatik olaraq I sinfə keçiriləcək





























