Advertisement

Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir

Bakı. Trend:

Balıqların kürütökmə dövrü ilə əlaqədar bu gündən ölkə
ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə
minir.

Trend xəbər verir ki, moratorium sentyabrın 1-dək davam
edəcək.

Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün
təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını
may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su
hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin
şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq
olunacaq.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına,
o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq
olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş
qaydada məsuliyyət daşıyırlar.

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və
Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər
Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları
tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət
tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan
şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.