Advertisement

Keçmiş məhkum evlərdən mobil telefonlar oğurladı

Bakı. Trend:

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs
saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Lənkəran şəhəri ərazisində yerləşən evlərdən
birindən iki ədəd “İphone” markalı mobil telefonun oğurlanması
barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən oğurluq və narkotiklə əlaqəli
cinayətlərə görə əvvəllər məhkum olunmuş Abdulla Abdullayev
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə saxlanılıb.

Əlavə araşdırmalarla onun Lənkəran şəhəri ərazisində yerləşən
digər bir evdən də “Samsung” markalı mobil telefon oğurladığı
müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.