
Bakı. Trend:
Çexiya “Həmrəylik halqası” təşəbbüsündə qonşuları ilə səylərini
koordinasiya edir.
Bu barədə Trend-ə Çexiyanın Sənaye və Ticarət Nazirliyindəki
mənbədən bildiriblər.
“Həmrəylik halqası” layihəsinə qoşulma bizim üçün bu təşəbbüsdə
iştirak edən dövlətlər zəncirinin sonunda olmaq demək ola bilər.
Hazırda qaz mənbələrinin şaxələndirilməsi imkanına malik olmaq üçün
digər tədarük marşrutlarının möhkəmləndirilməsinə böyük diqqət
ayırırıq”, – mənbə deyib.
Lakin mənbə vurğulayıb ki, Çexiya “CEZ” enerji konqlomeratı
vasitəsilə Azərbaycan şirkətləri ilə təmaslar qurmağa çalışır.
Konqlomerat tədarüklərin şaxələndirilməsi kontekstində öz üzərinə
müşahidəçi rolunu götürə bilər.
“Həmrəylik halqası” “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz”
(Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya)
şirkətlərinin birgə təşəbbüsü olub, “TSOS” şəbəkələrində təbii
qazın nəqli üzrə əlavə imkanların təmin edilməsinə yönəlib. Boru
kəməri ildə 5-9,5 milyard kubmetrə qədər qaz nəql edə bilər.
Qısa müddətdə və mövcud infrastrukturun buraxılış qabiliyyətinin
tədricən artırılması yolu ilə bu transsərhəd təşəbbüsü
Azərbaycandan Şərqi, Mərkəzi və Qərbi Avropaya Bolqarıstan,
Rumıniya, Macarıstan və Slovakiya vasitəsilə hər il 5-9,5 milyard
kubmetr qaz nəql etməyə imkan verir.
Xatırladaq ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz”
(Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və
“Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma
Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Qeyd edək ki, Anlaşma Memorandumu ötürmə sisteminin dörd
operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz
tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz
tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın
“Həmrəylik halqası” adlandırılan modernizasiya olunmuş qaz nəqli
şəbəkələri vasitəsilə həyata keçiriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























