
Bakı. Trend:
Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin
amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə
bağlıdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham
Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik
naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun açılış mərasimində çıxışında bildirib.
“Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət
olub”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, biz bunu
gündəlik həyatımızda nümayiş etdirmişik. Prezident qeyd edib ki,
multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt
məfhum deyil, həyat tərzidir.





























