Advertisement

Prezident İlham Əliyev: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Bakı. Trend:

Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi
seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham
Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik
naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun açılış mərasimində çıxışında deyib.

Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa
təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb
ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə
biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə
COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı
etimad lazımdır”.