
Bakı. Trend:
Azərbaycanda 2024-cü və 2025-ci illərdə illik inflyasiya hədəf
daxilində (4±2%) olacaq.
Trend bu
barədə Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.
Məlumata əsasən, bu ilin aprel proqnozlarına görə, illik
inflyasiyanın 2024-cü ilə 3,5%, 2025-ci ildə osə 4,2% olacağı
gözlənilir.
Apreldə proqozun yanvar proqnozu ilə müqayisədə azaldığı
vurğulanır.
“Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli
dəyişiklik baş verməmişdir. Geosiyasi gərginliklər, mühüm
beynəlxalq ticarət yollarında yaranan maneələr, iqlim
dəyişiklikləri, dünya bazarında əmtəə qiymətlərinin və tərəfdaş
ölkələrdə inflyasiyanın dəyişkənliyi xarici mənşəli başlıca
inflyasiya riskləri olaraq qalır. Bununla belə dünyada monetar
şərtlərin sərt olaraq qalması, ortamüddətli perspektivdə aparıcı
ölkələrdə mərkəzi bankların faizləri daha mülayim endirməsi
gözləntiləri qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı
artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin,
eləcə də dövlət xərclərinin aktivləşməsi və məcmu tələbin izafi
artımı ilə əlaqədardır.
Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri
bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı
təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf
daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə
3.5% və 2025-ci ilə 4.2%). Apreldə 2024-cü ilə inflyasiya proqnozu
azalma istiqamətində dəyişdirilmişdir”, – məlumatda deyilir.



























