
Bakı. Trend:
“Naxçıvan Bank”ın maliyyə problemli yoxdur.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov uçot dərəcəsinin parametr dəyişikliyinə həsr olunmuş
mətbuat konfransında deyib.
O, bankın öz səhmlərinin bir hissəsini Kapital Bank-a satdığını
xatırladıb.
“Bu qərar bankın səhmdarları tərəfindən qəbul olunub. Hətta indi
də səhmdarlar müəyyən məsələləri müzakirə edəcək və qərarlar
verəcək. Lakin bankın maliyyə dayanıqlılığı ilə bağlı problem
yoxdur”, – o deyib.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)



























