Advertisement

Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşdü

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 1-də
Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem
Kılıçla görüşüb.

Trend xəbər verir ki, görüşdə ölkəmizdə demokratik, hüquqi
dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və
azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş davamlı islahatlar
barədə söhbət açılıb.

Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə olduğu
kimi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud
əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub.

İki ölkənin Ombudsman təsisatları arasında 2021-ci ildə Bakıda
imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb, bu
çərçivədə görülən işlərin müvafiq sahədə əməkdaşlığın inkişafına
töhfə verdiyi bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının
müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva görüşdə iştirak edib.