Advertisement

Blinken Qüdsdə Netanyahu ilə görüşdü

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu Qüds şəhərindəki ofisində
ABŞ-ın dövlət katibi Antoni Blinkeni qəbul edib.

Trend xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının
ofisi məlumat yayıb.

Məlumata görə, Binyamin Netanyahu ilə Antoni Blinken arasında
danışıqlar bağlı qapılar arxasında keçib. Dövlət katibi daha sonra
İsrailin strateji planlaşdırma naziri Ron Dermer, SAXAL-ın Baş
qərargah rəisi Hersi Halevi və bir sıra digər yüksək rütbəli
rəsmilərlə geniş tərkibdə görüş keçirəcək.

Qeyd edək ki, Antoni Blinken Yaxın Şərq turnesi çərçivəsində
aprelin 30-da axşam saatlarında İsrailə gəlib. O, bundan öncə
İordaniya və Səudiyyə Ərəbistanına səfər edib. ABŞ dövlət katibinin
regiona səfərinin ilk növbədə Fələstin-İsrail münaqişənin
kəskinləşməsi, Qəzza sektorunda saxlanılan israilli girovların azad
edilməsi və hərbi əməliyyatların dayandırılması barədə danışıqlar
aparmaq cəhdləri ilə bağlı olduğu bildirilir.