Advertisement

Donor olmaq üçün şəxsin özünün könüllü razılığı olmalıdır – SN

Bakı. Trend

Donor olmaq üçün şəxsin özünün könüllü razılığı olmalıdır

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi
instaqram hesabında Səhiyyə Nazirliyi Orqan Donorluğu və
Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin
sədri Yeganə Abbasova bildirib.

Y.Abbasova qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu
və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun
18-ci maddəsinin 2-ci bəndinə əsasən, 18 yaşına çatmayan şəxsdən
transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və
kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır:

“Canlı donor olmaq istəyən 18 yaşına çatan şəxs zəruri olan
bütün yoxlamalardan keçməli, müvafiq analizləri verməlidir. Eləcə
də, Koordinasiya Mərkəzinə həkim komissiyasının şəxsin donor ola
biləcəyinə dair rəsmi rəyi verilməlidir. Qeyri-spesifik, kəskin və
yaxud da xroniki problemi olan şəxslər donor ola bilməzlər”.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə
Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri həmçinin bildirib ki,
bəzi infeksion-virus mənşəli xəstəliklərdən əziyyət çəkənlər –
sifilis, QİÇS və digər onkoloji, qan xəstəlikləri olan insanlara
donor olmaq qadağandır və orqanlarda heç bir patologiya yoxdursa,
köçürülmə baş tuta bilər”.