Advertisement

Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat və energetika nazirləri Mikayıl
Cabbarov və Pərviz Şahbazov Özbəkistan və Qazaxıstandan olan
həmkarları ilə Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik
enerjisinin ixracı perspektivlərini müzakirə ediblər.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” platformasında paylaşım edib.

“Özbəkistana işgüzar səfərimiz çərçivəsində energetika naziri,
həmkarım Pərviz Şahbazovla birlikdə Azərbaycan, Özbəkistan və
Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli
görüşündə – Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi
vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin
müzakirəsində iştirak etdik. Azərbaycan, Özbəkistan və Qazaxıstanın
müvafiq nazirliklərinin rəhbərlərinin Birgə Kommünikesindən irəli
gələn məsələlərin icrası, region ölkələrinin enerji sistemlərinin
inkişafının koordinasiyası və “yaşıl” enerji layihələri üzrə birgə
fəaliyyətin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, – deyə
nazir qeyd edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun