Advertisement

Şəmkirdə inşaat materialları mağazası yandı: xəsarət alan var

Bakı. Trend:

Şəmkir rayonunun Düyərli kəndində yanğın olub.

Trend FHN-ə istinadən xəbər
verir ki, bir-birinə bitişik tikilən müxtəlif təyinatlı
obyektlərdən ümumi sahəsi 800 m² olan birmərtəbəli tikinti
materialları satışı mağazasının yanar konstruksiyaları və dam
örtüyü 480 m² sahədə, bitişik sahəsi 300 m² olan kafenin dam
örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikinti materialları
satışı mağazasının və kafenin qalan hissəsi yanğından mühafizə
olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.