
Bakı. Trend:
Türkiyədə İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar
keçirilib, 41 nəfər saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya
“X” sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, “Bozdoğan-34” əməliyyatları ölkənin 12
vilayətində həyata keçirilib.
Keçirilən əməliyyatlar çərçivəsində Bolu, Eskişehir, İstanbul,
Kırıkkale, Kilis, Kocaeli, Nevşehir, Sakarya, Qaziantep, Şanlıurfa,
Düzcə və Manisada ümumilikdə 41 İŞİD üzvü saxlanılıb.
Əməliyyatlar nəticəsində sənədsiz tapançalar, çoxlu sayda
rəqəmsal materiallar, eləcə də külli miqdarda xarici valyuta və
türk lirəsi ələ keçirilib.





























