
Bakı. Trend:
2024-2025-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci
siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək
məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki
məktəblərdə 27 alternativ qeydiyyat mərkəzi fəaliyyətə
başlayıb.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat
verilib.
www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü
elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına
çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət
göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə
bilərlər.
Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 88, 156, 234,
Xətai rayonu üzrə 17, 165, Nizami rayonu üzrə 145, 10, Nərimanov
rayonu üzrə 45, Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu
üzrə 19, Suraxanı rayonu üzrə 279, 280, 154, Qaradağ rayonu üzrə
321, 253, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 209, 108, 96,
Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, Pirallahı rayonu
üzrə isə 168 nömrəli tam orta məktəbdə yaradılıb.
Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V
günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər.
Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən
övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət
göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə
bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63,
070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması
üçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri köməklik
göstərilir.
Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6
və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri
bölmələrinə müraciət edə bilərlər. Həmçinin valideynlər (və ya
qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi
kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya
bilərlər.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil
müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın
13-nə qədər davam edəcək.





























