
Bakı. Trend:
Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa
Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya
əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və
ittiham xarakterli iddialar səsləndirib.
Məsələni Trend-ə şərh edən politoloq İlyas Hüseynov bildirib
ki, Fransa uzun müddətdir Azərbaycanın daxili işlərinə qarışmağa
cəhd edir. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti özünü
müxtəlif müstəvilərdə göstərməkdədir.
O qeyd edib ki, Fransa ölkəmizə istiqamət verməyə, yön göstərmək
məqsədlərini ortaya qoyur.
“Bu xüsusda da Azərbaycanın xarici siyasət vektorlarına da
korrektələr etmək maraqlarını gizlətmir. Digər tərəfdən Fransa
ölkəmizin daxili işlərinə qarışmaqla yanaşı, ərazi bütövlüyümüzə,
suverenliyimizə qarşı fəaliyyət həyata keçirir. Fransa həm də öz
maraqlarının təminatçısı rolunda çıxış edir və buna çalışır.
Ermənistandan öz marginal maraqları üçün istifadə edir.
Bir zamanlar Azərbaycan ərazisində olan separatçılar Fransaya
dəvət alır və böyük dəbdəbəylə qarşılanır. Fransanın dövlət
televiziyalarında onlara yer verilir, fəaliyyəti işıqlandırlır.
Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini bərpa
edib. Ölkəmiz üçün təhlükəsizlik və sabitlik önəmlidir. Ölkəmiz bu
istiqamətdə öz fəaliyyətini qurur. Azərbaycana qarşı bu çirkin və
əsassız iddialar səsləndirmək yolverilməzdir. Belə yanaşmalar
bölgədəki sabitliyi pozur və destruktiv mahiyyət daşıyır”, – deyə o
qeyd edib.





























