
Bakı. Trend:
Türkiyə ticarət naziri Ömer Bolat Fransada İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının (OECD) Ticarət Nazirləri iclasında iştirak
edəcək.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Bolat Sinqapurun Davamlılıq, Ətraf Mühit və Ticarət naziri Qreys
Fu ilə görüşəcək. Daha sonra o, nazirlər konfransının açılış
sessiyasında iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, Bolat səfəri çərçivəsində ikitərəfli
görüşlər keçirəcək.




























