
Bakı. Trend:
Türkiyə-Özbəkistan ticarət həcmində 5 milyard dollarlıq hədəfə
yaxınlaşırıq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.
Vitse-prezident Cevdet Yılmaz rəsmi səfəri çərçivəsində
Özbəkistanın paytaxtı Daşkənddə Xarici İqtisadi Əlaqələr Şurası
(DEİK)-Dünya Türk İş Şurası (DTİK) tərəfindən təşkil edilən İş
Dünyası Proqramı ilə Görüşdə iştirak edib.
“Bizim şübhəmiz yoxdur ki, ticarət həcmi əvvəlcə 5 milyarda
çatacaq, sonra isə daha yüksək səviyyələrə qalxacaq.”- deyə Yılmaz
bildirib.
Yılmaz buradakı çıxışında Türkiyə-Özbəkistan əlaqələrinin çox
yüksək səviyyədə olduğuna və tarixi-mədəni bağlarının son dərəcə
dərin olduğuna diqqət çəkərək, iki ölkə arasında dostluqdan kənar
bir qardaşlıq qanununun olduğunu deyib.
Güzəştli Ticarət Sazişinin 2023-cü il iyulun 1-də qüvvəyə
mindiyini və müəyyən məhsulları əhatə etdiyini bildirən Yılmaz, iki
ölkənin hər il daha da genişləndirilməsi üçün səylərini davam
etdirəcəyini bildirib.




























