Advertisement

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

Bakı. Trend:

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu –
“Vagaclub”un 30 nəfərlik geniş heyətinin işğaldan azad edilmiş
ərazilərə səfəri baş tutub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səfər çərçivəsində
səyyahlar bugün Füzuli, Şuşa və Ağdamda olacaqlar.

Qrupa “Vaga” klubunun rəhbəri, 35 yaşlı gənc dünya səyyahı Jorn
Augestad başçılıq edir.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək,
Füzuli-Şuşa-Ağdam-Laçın-Cəbrayıl xətti üzrə hərəkət edəcək.