Advertisement

Azərbaycana gələn turistlərin sayında xeyli artım var – Sədr

Bakı. Trend:

Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol
oynayır.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri
Fuad Nağıyev Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində “Turizm insanları birləşdirən və
mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” mövzusunda pandel
müzakirələri zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın turizm potensialı yüksəkdir.

“Azərbaycan bu sahənin inkişafına böyük diqqət yetirir.
Azərbaycana gələn turistlərin sayında xeyli artım var. Bu il
Azərbaycanda turizm sahəsinin tam bərpasına nail olmuşuq.
Azərbaycanda turizmin inkişafı qlobal tendensiyaya uyğundur”, –
deyə o əlavə edib.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq:
Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda
dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak
edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.