Advertisement

NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!

Bakı. Trend:

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla
sevindirən Bank Respublika, Neokart sahibləri üçün ölkədə ilk dəfə
olaraq KEŞBEK şərtlərini MÜŞTƏRİLƏRİN ÖZLƏRİ İSTƏDİYİ KİMİ TƏYİN
ETMƏ imkanı yaratdı.

Artıq bankınızın neçə faiz keşbek təklif edəcəyini gözləməyə,
həmçinin fərqli keşbek paketləri arasında seçim etmək
məcburiyyətində qalmayacaqsınız. Belə ki, NeoKart sahibləri, hər ay
arzuladıqları “Supermarket”, “Geyim mağazaları”, “Restoran və
kafe”, “YDM” kimi sevimli kateqoriyaları seçərək 5%-dək maksimal
faiz dərəcəsini təyin edə biləcək.

Bunun üçün hər ayın əvvəli sadəcə Mobil Şöbə tətbiqində
“Neobonus Kateqoriyaları” menyusuna daxil olub, arzuladığınız
kateqoriyalar üzrə keşbek faizlərini təyin etmək kifayətdir.

Bununla yanaşı, NeoKart sahibləri əvvəlki kimi Neo Qalaktika
tərəfdaş şəbəkəsində 55%-ə qədər keşbek qazanacaqlar. Nəzərinizə
çatdıraq ki, NeoKart sahibləri qazandıqları bonusları həm Keşbek,
həm də Mil, Danışıq Dəqiqələri və İnternet Giqabaytlarına dəyişə
bilərlər.

Əgər Siz hələ də NeoKart sahibi deyilsinizsə, banka gəlmədən
sifariş edin və kart evinizə pulsuz
çatdırılacaq.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram,
linkedin,
telegram səhifələrində
və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng
edərək əldə edə bilərsiniz.