
Bakı. Trend:
Azərbaycan Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB)
Mərkəzi və Qərbi Asiya üzrə Sektor Qrupunun İnsan Kapitalı və
Sosial İnkişaf Departamentinin direktoru Sofiya Şakil ilə görüş
keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla
Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın olduğunu
bildirərək, son illər birgə regional fəaliyyətin dinamik şəkildə
inkişaf etdiyini vurğulayıb.
Mütərəqqi texnoloji həlldən istifadə səhiyyə sistemində aparılan
islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur
Musayev, sektorun təkmilləşdirilməsinin, xüsusilə də
rəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz
üçün prioritet məsələ olduğunu bildirib. Nazirin sözlərinə görə,
Asiya İnkişaf Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə
qabaqcıl beynəlxalq təcrübə baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi Asiya İnkişaf Bankı ilə
əməkdaşlığın genişləndirməsinə önəm verir.
Səmimi qəbula görə minnətdarlığını bildirən AİB-nin Departament
direktoru ölkəmizin səhiyyə sistemində aparılan innovativ
islahatların dəstəkləndiyini vurğulayıb. Sofiya Şakil Asiya İnkişaf
Bankı tərəfindən Azərbaycanla 2024-2028-ci illər üçün Ölkə
Tərəfdaşlığı Strategiyasının (ÖTS) həyata keçirməsinə başladığını
qeyd edib. Onun sözlərinə görə, bu sənəd AİB-Azərbaycan
tərəfdaşlığının uzunmüddətli prioritetlərini, o cümlədən səhiyyə
sektorunda əməkdaşlıq hədəflərini müəyyən edir. Sofiya Şakil Asiya
İnkişaf Bankı tərəfindən Azərbaycan səhiyyə sektoruna hər zaman
dəstəklənməsinə hazır olduğunu da vurğulayıb.
Görüş zamanı ÖTS-nin növbəti dövrü ərzində potensial əməkdaşlıq
və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.





























