Advertisement

Makron ölkəni Rusiya ilə nüvə müharibəsinə təhrik edir

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron ölkəni Rusiya ilə nüvə
müharibəsinə təhrik edir.

Trend xəbər verir ki, bunu
Fransa Vətənpərvərlər Partiyasının sədri Florian Filippo “X” sosial
şəbəkə hesabında bildirib.

“Fransa özünün nüvə potensialını Avropa Birliyinin sərəncamına
verməkdən məsuliyyət daşıyır” deyən Makron İsveçdə bunu bəyan
etməyə cəsarət etdi! Bu xəyanətdir! Makronun sözləri ölkənin hərbi
doktrinasına ziddir” – F.Filippo yazıb.